17:50 - 30.08.2018
30 avqust, Fineko/abc.az. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə ixrac edilən 33991,15 kq dondurulmuş ətin ölkəyə idxalının qarşısını alıb.
AQTA-nın məlumatında deyilir ki, ət, “Tursan-İ” MMC-nin sifarişi əsasında Gürcüstanın “G&A Group” şirkəti tərəfindən Ukraynadan idxal edilmişdir.
“Sənəddə ətin mal əti olduğu və beynəlxalq baytarlıq sertifikatına malik olduğu göstərilmişdir, lakin aparılmış laborator təhlilləri nəticəsində ətin at əti olduğu aşkar edilmişdir”, - məlumatda belə deyilir.
Məlumatda deyilir ki, bu istiqamətdə baytarlıq nəzarəti davam etdiriləcək, qeyri-qanuni fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi tədbirlər görüləcək.
29 İyul 2026
27 İyul 2026