Avtomobil şinləri istehsalçısı gələn il Fransadakı iki zavodu bağlayacaq

16:13 - 5.11.2024


5 noyabr, Fineko/abc.az. Dünyanın aparıcı avtomobil şinləri istehsalçılarından biri olan Fransanın “Compagnie Generale des Etablissements Michelin” şirkəti 2026-cı ilin əvvəlindən gec olmayaraq Fransadakı iki zavodu bağlamaq niyyətini açıqladı.

ABC.AZ xəbər verir ki, Şole və Vann şəhərlərində yerləşən müəssisələr bir neçə ildir ki, ciddi iqtisadi çətinliklərlə üzləşirlər, “Michelin” qeyd edir. Şirkət tərəfindən görülən tədbirlərə baxmayaraq, fabriklərin fəaliyyəti qorunub saxlanıla bilmədi.