Tikinti şüşəsinin istehsalı 14 faizdən çox artıb

10:45 - 1.11.2024


1 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında ölkədə 7 610,4 min kvadratmetr tikinti şüşəsi istehsal olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına əsasən bildirir ki, bu ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 14,3 faiz və ya 954,4 min kvadratmetr çoxdur.

Oktyabr ayının 1-nə hazır məhsul ehtiyatı 1 571,9 min kvadratmetr təşkil edib.