Kirayə mexanizmi ilə ev almaq istəyən şəxs pulu verə bilmədikdə belə olacaq - VİDEO

11:21 - 28.10.2024


28 oktyabr, Fineko/abc.az. Kirayə mexanizmi ilə ev almaq istəyən şəxs ödənişi edə bilmədiyi halda mənzili başqasına sata bilər. 

ABC.AZ xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, kirayə haqqını ödəyə bilməyəcəyini görən istənilən şəxs bu hüququ başqasına ötürə bilər.

Ekspert qeyd edib ki, alıcalara qarşı tələblər sərt deyil, hətta kredit tarixçəsi korlanmış şəxslər də kirayə üsulu ilə ev sahibi ola bilərlər.

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 5 mindən çox ailə mənzil sahibi olub.

Mövzu ilə bağlı Xəzər Xəbərin hazırladığı reportajı sizə təqdim edirik: