Maşın bazarında durğunluq - Qiymətlər necədir? (VİDEO)

11:07 - 28.10.2024


28 oktyabr, Fineko/abc.az. Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən maşın bazarında durğunluq yaşanır.

ABC.AZ xəbər verir ki, buna görə qiymətləri endirdiyini deyən satıcılar da var.

Hava şəraitinin dəyişməsi avtombil bazarına da təsir edib.

Satıcılar deyirlər ki, hər il ənənəvi olaraq payız-qış mövsümündə bazarda alıcı qıtlığı olur.

Onların sözlərinə görə, hazırda bazarda ən çox tələb Koreya istehsalı olan avtomobillərədir.

Satıcılar son günlər dizel maşınlarının kütləvi satışa çıxarılması ilə bağlı da suallarımızı cavablandırdılar. Bildirdilər ki, deyilənlər həqiqətəuyğun deyil.

O da bildirildi ki, bütövlükdə Çin avtomobillərinin bazara girməsi, digər ölkə istehsalı olan maşınların satışına təsirsiz ötüşməyib.