Çində ilk uçan avtomobil istehsal edilən zavod tikilir

10:35 - 28.10.2024


28 oktyabr, Fineko/abc.az. Çinin cənubundakı Quançjou şəhərində dünyanın ilk uçan avtomobil zavodunun tikintisinə başlanılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Qeyd edilib ki, bəhs olunan maşınlar “XPeng Aeroht" şirkətinin sifarişi ilə yaradılacaq. Bildirilib ki, onların istehsal bazası dünyada uçan avtomobillər üçün ilk kütləvi istehsal zavoduna çevriləcək.

Layihənin istehsal gücü ildə 10 min ədəd olacaq.

Zavodun birinci mərhələsinin sahəsi 180 min kvadratmetr təşkil edəcək.