17:17 - 21.10.2024
21 oktyabr, Fineko/abc.az. Bu günə qədər Azərbaycanda kirayə mənzil mexanizmi vasitəsilə 5 525 vətəndaş və yaxud ailə özünün mənzil şəraitini yaxşılaşdırıb ki, bunun da 1 139-u bu ilin payına düşüb.
ABC.AZ xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun Kirayə Mənzil Departamentinin direktorunun müavini Aslan Zeynalov bildirib.
Onun sözlərinə görə, kirayə mənzil mexanizmindən yaşı 60-dan çox olmayan Azərbaycan vətəndaşları yararlana bilər: “Eyni zamanda müraciət edən vətəndaşın vaxtı keçmiş aktiv krediti olmamalıdır”.
Satmaq öhdəliyi ilə kirayə üsulu ilə mənzil sahibi olan vətəndaşların 60 %-dən çoxunu gənclər və gənc ailələr təşkil edir. İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond vətəndaşlara 14 ünvanda mənzillər təqdim edib. Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3-ü Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində, daha 2-si isə Sumqayıt şəhərində yerləşir. (Report)
8 Avqust 2026
8 Avqust 2026