10:33 - 21.10.2024
21 oktyabr, Fineko/abc.az. Rusiya və İran Məsud Pezeşkianın Moskvaya ayrıca səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalayacaqlar.
ABC.AZ xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
Səfirin sözlərinə görə, yeni müqavilə ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edəcək.
Putin və Pezeşkian oktyabrın 11-də Aşqabadda danışıqlar aparmışdılar. Sonra İran prezidenti Tehranın 22-24 oktyabr tarixlərində Kazanda keçirilən BRIKS sammitində Moskva ilə hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalamağa ümid etdiyini söyləmişdi.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026