Bu biznesin idarəedilməsi sistemləri üzrə yeni dövlət standartı qəbul edilib

11:00 - 18.10.2024


18 oktyabr, Fineko/abc.az. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən AZS 962:2024 “Yaşıl biznesin idarəedilməsi sistemləri” yeni dövlət standartı qəbul edilib.

Azərbaycan Standartlaşdırma İnstitutundan ABC.AZ-a verilən məlumata görə, yeni dövlət standartı özündə müəssisə və təşkilatların ətraf mühitə mənfi təsirlərini minimuma endirmək, resurslardan səmərəli istifadə etmək və ekoloji məsuliyyət xüsusiyyətlərini ehtiva edir.

Bundan əlavə, müvafiq standart təşkilatların idarəetmə sistemlərində yaşıl maliyyə idarəetməsi, dayanıqlı təchizat zənciri, ekoloji dayanıqlılıq və ekoloji innovasiyalar kimi əsas prinsiplərin tətbiqini stimullaşdıracaq.