Bakıda nizamnamə kapitalı 20 min avro olan yeni logistika şirkəti yaradılıb

16:35 - 17.10.2024


17 oktyabr, Fineko/abc.az. Bakıda nizamnamə kapitalı 20 min avro olan yeni logistika şirkəti təsis edilib.

ABC.AZ xəbər verir ki, Dövlət Vergi Xidməti “Rhenus Logistics Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətini 15 oktyabr 2024-cü il tarixdə dövlət qeydiyyatına alıb.

“Rhenus Logistics Azerbaijan” MMC (VÖEN: 1309077281) Bakı şəhəri Yasamal rayonu, Tbilisi pr, ev 49/C ünvanında dövlət qeydiyyatına alınıb.

Şirkətin qanuni təmsilçisi Yekaterina Zuban İqoryevnadır.