10:52 - 16.10.2024
16 oktyabr, Fineko/abc.az. Son 22 ildə Türkiyənin nəqliyyat və rabitə infrastrukturuna 277 milyard dollar məbləğində sərmayə qoyulub.
ABC.AZ xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbulda keçirilən Dünya Yol Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, aviasiya sahəsində Türkiyəni qlobal bir mərkəzə çevirmək məqsədilə 2002-ci ildə aktiv fəaliyyət göstərən 26 hava limanının sayı son istifadəyə verilən Çukurova beynəlxalq aeroportu ilə 58-ə çatdırılıb.
“Hazırda Türkiyədən dünyanın 131 ölkəsinin 347 fərqli bölgəsinə aviareyslər həyata keçirilir. Bu ilin sonuna xarici uçuş nöqtələrinin sayı 349-a çatdırılacaq. Hava limanlarının ətraf mühitə təsirini idarə etmək üçün 2020-ci ildə ölkədə “Karbonsuz hava limanı” layihəsi başladılıb", - deyə nazir bildirib.