Dünyanın ən böyük investisiya şirkətinin aktivləri daha da bahalaşıb

10:41 - 14.10.2024


14 oktyabr, Fineko/abc.az. Dünyanın ən böyük investisiya holdinqi “BlackRock” tərəfindən idarə olunan aktivlərin dəyəri 11.5 trilyon dollara çatıb.

ABC.AZ xəbər verir ki, eyni zamanda, şirkət 2024-cü ilin üçüncü rübündə rekord xalis kapital axını qeydə alıb.

“Bloomberg”-də dərc olunmuş  məqalədə “BlackRock”un cümə günü dərc etdiyi hesabata görə, investisiya holdinqinin idarə etdiyi aktivlərin dəyəri bir il əvvəlki 9.10 trilyon dollarla müqayisədə bu ilin üçüncü rübündə 11.48 trilyon dollara yüksəlib.

Cəlb edilmiş investisiya axınının ümumi xalis həcmi bir il əvvəlki 2.57 milyard dollar ilə müqayisədə rüblük rekorda – 221.18 milyard dollara çatıb.

“BlackRock”un uzunmüddətli investisiya fondları üçüncü rübdə 160 milyard dollar cəlb edərək “Bloomberg”in sorğusuna qatılan analitiklərin orta hesabla 100 milyard dollarlıq proqnozunu üstələyib.