Britaniyanın bu şirkəti Azərbaycandakı filialını bağlayır

15:56 - 11.10.2024


11 oktyabr, Fineko/abc.az. “London Offshore Consultants VLL” Şirkətinin Azərbaycandakı Filialı ləğv olunduğunu elan edir.

ABC.AZ xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1078 Bakı şəhəri, Nəsimi rayonu, AK.Həsən Əli̇yev küçəsi, ev 4/189, mənzil Falez Plaza, 6-cı mərtəbə ünvanına bildirə bilərlər.

Xatırladaq ki, bu filial Azərbaycanda 2015-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Paul Nigel-dir.