14:43 - 11.10.2024
11 oktyabr, Fineko/abc.az. Milyarder investor Warren Buffettin rəhbərlik etdiyi Berkshire Hathaway bu həftə "Bank of America"nın 9.5 milyon səhmini sataraq, şirkətdəki payını 10%-dən aşağı endirdi.
ABC.AZ xəbər verir ki, satılan səhmlər təxminən 382.4 milyon dollar dəyərində olub.
ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının qaydalarına əsasən, şirkətlərdə 10%-dən çox paya sahib olan səhmdarlar iki iş günü ərzində bütün alış və satış əməliyyatlarını açıqlamalıdır. Hazırda Berkshire Hathaway-nin Bank of America-dakı səhmlərini daha da azaldıb-azaltmadığını öyrənmək üçün investorlar, ehtimal ki, növbəti rüblük maliyyə hesabatlarını gözləməli olacaqlar.
Buffettin şirkəti iyul ayının ortalarından başlayaraq payını azaltmağa başlayıb və o vaxtdan bəri təxminən 33.9 milyon səhmi təxminən 1.48 milyard dollara satıb. Qeyd edək ki, Buffett Bank of America-ya ilk dəfə 2011-ci ildə 5 milyard dollar dəyərində investisiya etmişdi.
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026