“JWT Metro” şirkətinin işçiləri reklamı kimin üçün çəkdiklərini biləndən sonra işdən çıxdılar

14:26 - 11.10.2024


11 oktyabr, Fineko/abc.az. “JWT Metro” reklam şirkətinin əməkdaşları "Gürcü arzusu" üçün seçkiqabağı video çəkdiklərini bildikdən sonra işdən çıxmağa başlayıblar.

ABC.AZ xəbər verir ki, şirkətin əməkdaşlarının sözlərinə görə, onlara videonun kimin üçün çəkiləcəyi barədə xəbərdarlıq edilməyib. Müştərinin kim olduğunu bildikdən sonra etiraz olaraq işdən çıxmağa başladılar.