11:48 - 27.08.2018
27 avqust, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.
AMB-dan verilən məlumata əsasən, 27 avqust tarixində hərracda Bank 350 milyon manat cəlb edib.
“Depozit hərracında təklif 503,40 mln. manat, orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir”, - AMB-dan təqdim edilən məlumatda belə deyilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.