10:41 - 3.10.2024
3 oktyabr, Fineko/abc.az. "Forbes” ötən ilin nəticələrinə əsasən, Rusiyanın 10 ən çox zərər edən hüquqi şəxsin reytinqini tərtib edib və birinci yeri “Qazprom” tutub.
ABC.AZ xəbər verir ki, şirkətin zərəri biznesin faktiki vəziyyətini əks etdirməkdən daha çox mühasibat xarakter daşıyır.
Amerika jurnalının saytında bildirilir ki, reytinq şirkətlərin ötən il dərc etdiyi hesabatlardan istifadə edilməklə tərtib edilib. Qeyd edilir ki, “Qazprom”un zərəri 583.1 milyard rubl təşkil edib. Məqalədə o da bildirilir ki, itkiyə baxmayaraq, şirkətin sabit biznesi var. Əməliyyat fəaliyyətindən əldə edilən pul vəsaitlərinin hərəkəti nəinki azalmadı, hətta 5% artaraq 2023-cü ilin sonunda 2.3 trilyon rubla çatıb.
Reytinqdə ikinci yeri ötən ilin sonunda xalis zərəri 71.9 milyard rubl təşkil edən Amur Qaz-Kimya Kompleksi tutur. “Ozon” 2023-cü il üçün 42.7 milyard rubl xalis zərərlə ilk üçlüyü bağlayır. Jurnalın məlumatına görə, ümumi mənfəətin artması və birdəfəlik xərclərin olmaması səbəbindən şirkətin zərəri 27% azalıb.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026