10:47 - 1.10.2024
1 oktyabr, Fineko/abc.az. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın Tbilisi prospektində taksi minik avtomobilləri üçün duracaq və minib-düşmə yerləri (drop off) təşkil edib.
AYNA-dan ABC.AZ-a bildirilib ki, sentyabr ayının 30-dan etibarən prospektdə taksilər üçün beş məntəqədə duracaq və bir minib-düşmə yeri ayrılıb.
Qeyd olunub ki, taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanması və ya durması inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinə əsasən digər nəqliyyat vasitələrinin sürücüləri qayda pozuntusuna görə 40 manat məbləğində cərimələnəcək.