Azərbaycan tarixində ilk dəfə - Reaktiv raket istehsal olunacaq

10:51 - 25.09.2024


25 sentyabr, Fineko/abc.az. Azərbaycan tarixində ilk dəfə reaktiv raket istehsal olunacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Bakıda keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində məlumat verilib.

Məlumatda qeyd olunub ki, 122 millimetrlik idarəolunmayan raketin istehsalı müəssisəsi yaradılır. Bu qəbildən olan standart raketlərdən fərqi ondadır ki, atış məsafəsi 40 kilometrdir.