12:39 - 24.09.2024
24 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
ABC.AZ AMB-yə istinadən xəbər verir ki, sentyabrın 24-də keçirilən valyuta hərracında bankların tələbi 75,8 milyon dollar təşkil edib və tam təmin edilib.
AMB-nin məlumatına görə, bu, ötən hərracdan 9,2 milyon dollar (10,82%) azdır. Sentyabrın 19-da valyuta hərracında Mərkəzi Bank banklara 85,0 milyon dollar satıb.
Valyuta hərracının yekunları üzrə orta çəkili məzənnə 1,7000 AZN/USD təşkil edib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026