“Bakı Şifer və Keramika” ASC ləğv olunur

10:55 - 23.09.2024


23 sentyabr, Fineko/abc.az. 25.10.2024-cü il tarixdə “Bakı Şifer və Keramika” ASC -nin  səhmdarların növbədənkənar ümümi yığıncağı keçiriləcək. 

ABC.AZ xəbər verir ki, yığıncaq AZ1083, BAKI ŞƏHƏRİ QARADAĞ RAYONU, SAHİL ŞTQ, SALYAN ŞOSESİ, EV 10, KM 30 ünvanında baş tutacaq.

Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. “Bakı Şifer və Keramika” ASC-nin ləğv edilməsi.

2. İcra və idarəetmə orqanlarının ləğvi və tərkiblərinin azad edilməsi.

3. “Bakı Şifer və Keramika” ASC-nin səhmlərinin ləğvi və dövriyyədən çıxarılması.

4. “Bakı Şifer və Keramika” ASC-nin ləğv edilməsi barədə məlumatın “VERGİLƏR” qəzetində elan verilməsi.

5. Təsviyyəçinin təyin edilməsi.

6. “Bakı Şifer və Keramika” ASC-nin ləğv edilməsi barədə müraciət ərizəsinin müvafiq qurumlara təqdim edilməsi.

7.Diqər məsələlər.

İclasda birbaşa özünüz və ya səlahiyyətli nümayəndəniz iştirak edə bilər.