Bakının bu küçəsində parklanma yerləri təşkil edilib

10:47 - 23.09.2024


23 sentyabr, Fineko/abc.az. Bakının Xaqani küçəsinin yeni təmirdən çıxmış hissəsində üfüqi yol nişanlanması işləri həyata keçirilib.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, görülən işlər çərçivəsində parklanma yerləri də saxlanılmaqla küçədə velosiped yolları təşkil edilib, hərəkət zolaqları kanallaşdırılıb. Velosiped yollarının bütün küçəboyu təşkili nəzərdə tutulub.