12:27 - 11.09.2024
11 sentyabr, Fineko/abc.az. Avropa Komissiyası ÇXR-də istehsal olunan Tesla elektromobillərinə idxal rüsumlarını 9%-dən 8%-ə qədər azaldacaq.
ABC.AZ xəbər verir ki, Bloomberg-in məlumatına görə, Tesla üçün rüsumlar düşərsə, digər Çin istehsallı, yəni yerli elektrikli avtomobil istehsalçılarının gözləntiləri o qədər də ürəkaçan deyil. Avqust ayında Avropa Komissiyası Çin avtomobil sənayesi məhsullarına 17%-dən 36,3%-ə qədər rüsum təyin etmişdi. Onların Aİ-də noyabrın 4-dən qüvvəyə minəcəyi gözlənilir.
Çin də öz növbəsində ÜTT-yə haqsız rəqabətdən şikayət edib. Ölkənin Xarici İşlər Nazirliyi Aİ-nin Çin avtomobil sənayesi ilə bağlı araşdırmasını proteksionizmin səciyyəvi nümunəsi adlandırıb.
8 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026