15:38 - 2.09.2024
2 sentyabr, Fineko/abc.az. Yaponiya gəmiləri və hərbi əraziləri izləmək üçün 2 milyard dollar dəyərində müdafiə peyk şəbəkəsi yaratmağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə “Wall Street Journal”da məqalə dərc edilib.
Nəşrdə qeyd edilib ki, Yaponiya avqustun 26-da hava məkanının ilk dəfə Çin hərbi təyyarəsi tərəfindən pozulduğunu elan etdikdən sonra Müdafiə Nazirliyi peyk şəbəkəsi layihəsini həyata keçirməyi planlaşdırıb.
Nazirlikdən verilən açıqlamada, layihəyə investisiya qoymaq və idarə etmək üçün şirkətlərə həvalə edilməsinin planlaşdırıldığı, peyklərin isə 2028-ci ildə istifadəyə verilməsinin nəzərdə tutulduğu, 2 milyard dollarlıq büdcə çərçivəsində ayrılması planlaşdırıldığı bildirilib.
Açıqlamada layihə çərçivəsində nə qədər peykin orbitə çıxarılmasının planlaşdırıldığı açıqlanmasa da, nazirlik rəsmisi peyklərin gəmilərin və hərbi bölgələrin monitorinqi üçün istifadə ediləcəyini bildirib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026