11:11 - 23.08.2024
23 avqust, Fineko/abc.az. Hazırda paytaxtda 35 000 taksi fəaliyyət göstərir ki, bu da taksi sayının iki dəfə azalması deməkdir.
ABC.AZ xəbər verir ki, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqlamasında qeyd edilir.
Xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücülərinin imtahan üçün qeydiyyatı başa çatıb.
Bu günədək taksi fəaliyyəti üçün 13 356 "Buraxılış kartı" alınıb. Ancaq hazırkı vəziyyətdən həm sürücülər, həm də sərnişinlər narazıdırlar.
Sürücülər şikayət edirlər ki, şərtlər artıb, amma taksi sürücülərinin xeyrinə heç nə olmur.
Bəs qeydiyyatdan keçə bilməyən sürücülər üçün hansısa güzəştlər tətbiq ediləcək?
Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, gələcəkdə gündəlik plana və ya aylıq ödənişə uyğun olaraq sahibkarlar yeni avtomobillər gətirə bilərlər:
"Söhbət ondan gedir ki, on minlərlə sürücü olub, onlardan da cəmi 25 000-ə yaxını sertifikat alıb imtahandan keçib. Bəs yerdə qalan 45 000 sürücü hara gedib? Müraciət etmək istəmirlər, ya öz bilik bacarıqlarına güvənmirlər, ya da vaxtilə köhnə avtomobillə işləyib, düşünür ki, sertifikat əldə etsə də, təzə maşın alıb işləyə bilməyəcək".
Taksi minik vasitəsilə sərnişin daşımalarla məşgul olmaq istəyənlər, müvafiq icazələr əldə edərək fəaliyyətlərini davam etdirilər. Qeyd edək ki, taksi daşıma qiymətləri tələb və təklif əsasında müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfdindən rəqabət şəraitində formalaşır. Belə aydın oldu ki, taksi sürücüləri üçün hansısa güzəşt olmayacaq. Ən azı, ekspertlərin cavabı bunu deməyə əsas verir.
13 Avqust 2026
13 Avqust 2026