10:19 - 20.08.2024
20 avqust, Fineko/abc.az. Hollandiyada bitki mənşəli ət və süd əvəzedicilərinin satışları son iki ildə əsasən restoran və korporativ satınalmalar yolu ilə müvafiq olaraq 111% və 82% artıb.
ABC.AZ xəbər verir ki, 2023-cü ildə ölkənin iaşə müəssisələrində satılan ət surroqatlarının sayı iki il əvvələ nisbətən iki dəfə artıb, adi ət satışları isə 2% azalıb. Yəni vegan analoqları ümumi ət bazarının 4,3%-ni və süd sektorunun 7,4%-ni təşkil etmişdir – ilk dəfə bu məhsulların iaşə sahəsindəki payı pərakəndə sektordan daha yüksəkdir.
ProVeg Netherlands-a görə, uzunmüddətli məlumatlara baxdıqda, təbii süd məhsullarının satışları kəskin şəkildə azalıb. Təşkilatın fikricə, seqment COVID-19 karantinləri zamanı bütün sənayenin yaşadığı iaşə tənəzzülündən hələ də özünə gəlməyib. Bu məhsulların satışları karantin səviyyəsindən yalnız 78%-ə çatıb.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026