11:07 - 19.08.2024
19 avqust, Fineko/abc.az. Çinin “BYD” şirkəti ilkin mərhələdə Azərbaycanda elektrik avtobuslarının istehsalı zavodunun tikintisinə 34 milyon dollar sərmayə qoyacaq.
ABC.AZ xəbər verir ki, zavod 2025-ci ildə fəaliyyətə başlayacaq və illik gücü 500 avtobus təşkil edəcək.
Zavod Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikiləcək, layihənin icrası 800 yeni iş yerinin yaradılmasına imkan verəcək.
“BYD”-nin layihə üzrə yerli tərəfdaşı "Electrify Azerbaijan" olacaq. Layihə çərçivəsində investorlardan biri "Azərbaycan İnvestisiya Şirkəti" olacaq.
“BYD” həmçinin 2025-ci ilə qədər Azərbaycanda yerli ehtiyat hissələri istehsalına başlayacaq və lokalizasiyanın 2030-cu ilə qədər avtobusların ümumi dəyərinin 40 faizini əhatə edəcəyi gözlənilir. Şirkət gələcəkdə bu layihələrə təxminən 60 milyon dollar sərmayə qoymağı planlaşdırır.
Bu arada "BakuBus" “BYD”-dən 160 elektrobus və 100 qidalanma stansiyası alacaq və bu avtobusları 31 oktyabr 2024-cü il tarixinədək Bakıda istifadəyə verməyi planlaşdırır.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026