Azərbaycanda kreditlərin sığortasına maraq kəskin artıb

15:02 - 31.07.2024


31 iyul, Fineko/abc.az. Azərbaycanda yanvar-iyun ayları üzrə kreditlərin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə yığımlar 2 milyon 275 min manat təşkil edib.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 27 min manat və ya 82% çoxdur.

2023-cü ilin yanvar-iyun aylarında bu göstərici 1 milyon 248 min manat təşkil edib.

Bu dövrdə bu növ sığorta ödənişləri 38  min  manat təşkil edib Ötən ilin eyni dövründə sığorta ödənişi olunmayıb.

Hesabat dövründə zərərlilik göstəricisi isə 2% təşkil edib.