Avropada Rusiyalı milyarderin aktivləri əlindən alındı

16:29 - 30.07.2024


30 iyul, Fineko/abc.az. İtaliya Vergi polisi iyulun 29-da rusiyalı iş adamının 44,4 milyon dollarlıq əmlakını və aktivlərini həbs edib.

ABC.AZ xəbər verir ki, müsadirə Ukraynanın göndərdiyi beynəlxalq məhkəmə yardımı tələbindən sonra həyata keçirilib. İtaliya Prokurorluğu qeyd edib ki, rusiyalı iş adamı Ukrayna dövlət şirkətinə qarşı fırıldaqçılıq işi üzrə istintaq altındadır.

İstintaqın müttəhimi, Toskananın paytaxtındakı tarixi Torro del Gallo qalasına sahib olan və iyirmi ilə yaxın Monako vətəndaşı olan Aleksey Fedorıçevdir.

UTX Fedorıçevə qarşı istintaq hərəkətlərinə 2016-cı ildə başlamışdı. Xüsusi xidmətin məlumatına görə, 2015-ci ildə Odessa vilayətində özəl dəniz terminalına sahib olan iş adamının şirkəti, o vaxta qədər "Ukrayna dəniz limanları idarəsi"nə daxil olan liman haqlarından vəsaitin bir hissəsini almaq hüquqlarını qanunsuz olaraq rəsmiləşdirmişdi. Fedorıçhevin hərəkətlərindən zərəri UTX-də 6 milyon dollar dəyərində qiymətləndirmişdlər.