Rusiya Mərkəzi Bankı kredit fırıldaqçılığına qarşı mübarizə üçün qanun layihəsi hazırlayıb

14:30 - 30.07.2024


30 iyul, Fineko/abc.az. RF Mərkəzi Bankı kredit fırıldaqçılığına qarşı mübarizəyə yönəlmiş qanun layihəsi hazırlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri E. Nabiullina bildirib.

Onun sözlərinə görə, qanun layihəsi şübhəli kreditlər üzrə soyutma müddəti təklif edir.