Rumıniya və Amerika şirkətləri SMR NuScale Power texnologiyası üzrə AES layihəsini həyata keçirirlər

21:50 - 24.07.2024


24 iyul, Fineko/abc.az. Rumıniyanın Nuclearelectrica və RoPower Nuclear şirkətləri ABŞ-ın Fluor Corporation şirkəti ilə kiçik modul reaktor texnologiyasından istifadə edərək Doyçeştidə (Dymbovitsa County) keçmiş İstilik elektrik mərkəzinin yerində AES-in inşası layihəsi üzrə mühəndislik və dizayn işlərinin ikinci mərhələsi haqqında müqavilə bağladılar.

ABC.AZ xəbər verir ki, bu barədə Nuclearelectrica məlumat verib.
Müqavilə Buxarestdə keçirilən Enerji və iqlim əməkdaşlığı üzrə Transatlantik tərəfdaşlıq Forumu çərçivəsində imzalanıb. Layihə Rumıniyada SMR NuScale Power texnologiyası ilə Avropada ilk AES-in yaradılmasına yönəlib.
Layihənin icrası milli enerji sistemini sabitləşdirməyə və təmiz enerjini endirimli qiymətlərlə əldə etməyə imkan verəcək, Rumıniyanın energetika naziri Sebastyan Burduja imzalanma mərasimində bildirib. Onun sözlərinə görə, texniki-iqtisadi əsaslandırma 13 ay ərzində hazırlanacaq. Göstəriciləri sistemin səmərəliliyini göstərərsə, ilk modul nüvə reaktoru beş ildən sonra istifadəyə veriləcəkdir.