Bankların depozitlər üzrə faiz xərcləri 118,5 milyon manat artıb

11:41 - 24.07.2024


24 iyul, Fineko/abc.az. 2024-cü ilin ilk 6 ayı ərzində (yanvar-iyun) Azərbaycandakı banklarının depozitlər üzrə faiz xərcləri 407 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 118,5 milyon manat və ya 41% artıb.

2023-cü ilin ilk 6 ayı ərzində (yanvar-iyun) Azərbaycandakı banklarının depozitlər üzrə faiz xərcləri 288,5 milyon manat təşkil edib.