14:46 - 15.08.2018
15 avqust, Fineko/abc.az. Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal gömrük proseduru altında daxil olan yük avtomobili "HCVG vizual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib və bu zaman monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.
Türkiyə vətəndaşının idarə etdiyi "Renoult" markalı yük nəqliyyat vasitəsinə təkrar baxış zamanı, gömrük orqanına bəyan olunmayan 63 ədəd "Freon® ;404A" markalanma yazısı olan qaz balonları aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
29 İyul 2026
28 İyul 2026
27 İyul 2026