11:51 - 22.07.2024
22 iyul, Fineko/abc.az. Respublikaçıların prezidentliyə namizədi Donald Tramp seçkidə qalib gələrsə, Amerika avtomobil sənayesini tamamilə məhv olmaqdan xilas edəcəyini açıqlayıb.
ABC.AZ xəbər verir ki, mümkün tədbirlərdən biri kimi o, Çin avtomobillərinə 100-200% rüsumun tətbiqini göstərib.
Miluokidə Respublikaçıların Milli Qurultayında çıxış edən Donald Tramp ABŞ prezidenti Co Bayden administrasiyasının qəbul etdiyi elektriklə işləyən avtomobillərə kütləvi keçid strategiyasını tənqid edib. O, 2032-ci ilə qədər ABŞ-də satılan yeni avtomobillərin əksəriyyətinin elektrik mühərriki ilə təchiz edilməsi tələbini aradan qaldırmaq niyyətində olduğunu bildirib.
“Hazırda Meksikada böyük zavodlar tikilir. Çin onları maşın istehsal etmək və ABŞ-yə satmaq üçün tikir. Onlar dünyanın ən böyük zavodlarını tikirlər. Bu zavodlar ABŞ-də tikiləcək və orada bizim insanlar işləyəcək. Əgər razılaşmasalar, o zaman biz hər avtomobilə təxminən 100-200% tarif tətbiq edəcəyik və onların ABŞ-də satışı qeyri-mümkün olacaq”, – Tramp söyləyib.
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026