Türkiyədə daha bir hava limanı açılacaq

10:27 - 22.07.2024


22 iyul, Fineko/abc.az. Türkiyədə yeni hava limanı fəaliyyətə başlayacaq.

ABC.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Çukurova Hava Limanının avqustun 10-da prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açılacağını açıqlayıb.

Yeni hava limanının fəaliyyəti üçün 244,5 milyon avro sərmayə edilib və 25 il müddətinə həmin sərmayə vasitəsilə 297 milyon 100 min avro dəyərində olan kirayə haqqı ödəniləcək.

Uraloğlu, 800 hektar sahədə inşa edilən hava limanının 8 milyon sərnişin tutumuna malik olduğuna diqqət çəkib.

Hava limanının Türkiyənin ən əhəmiyyətli aviasiya sərmayələrindən biri olduğunu vurğulayan Uraloğlu, Adana və Mersin başda olmaqla bütün Çukurovaya xidmət göstərəcək hava limanımız avqustun 10-da prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən açılacaq.