16:10 - 19.07.2024
19 iyul, Fineko/abc.az. Cari ilin yanvar-iyun aylarında Azərbaycana 68 milyon 337 min dollar dəyərində 4 min 3 ədəd yük avtomobili idxal olunub.
ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2023-ci iln eyni dövrü ilə müqayisədə yük avtomobili dəyər ifadəsi ilə 20 milyon 875 min dollar və ya 44%, miqdar ifadəsi ilə 842 ədəd və ya 26,6% artıb.
2023-cü ilin yanvar-iyun aylarında 47 milyon 261 min dollarlıq 3 min 161 ədəd yük avtomobili idxal edilmişdi.
1 ədəd yük avtomobilinin qiyməti 2024-cü ilin ilk 6 ayında 17 min 71 dollar (29 min 21 manat) olub ki, bu da son bir ildə 2 min 57 dollar (3 min 497 manat) və ya 13,7% bahalaşıb.
2023-cü ilin eyni dövründə isə bu göstərici 15 min 15 dollar (25 min 525 manat) olub.
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026