11:53 - 19.07.2024
19 iyul, Fineko/abc.az. Bütün dünya üzrə Windows istifadəçiləri, kompüterlərində heç bir səbəb və ya xətanı düzəltmək üçün bir yol olmadan "ölüm ekranı"nın əks olunduğunu bildirirlər.
ABC.AZ xəbər verir ki, Avstraliyada rabitə operatorları, banklar və aviaşirkətlər işlərində nasazlıq qeydə alınıb, Almaniya, İspaniya və Hindistanda bəzi hava limanları fəaliyyətini dayandırıb.
ABŞ-da American Airlines, United Airlines və Delta Airlines daxil olmaqla dörd böyük aviaşirkət rabitə problemlərindən şikayətlənərək uçuşları dayandırıb.
Turkish Airlines şirkəti həmçinin biletlərin bron edilməsi və qeydiyyatla bağlı ciddi problemlər olduğunu bildirib.
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026