17:27 - 18.07.2024
18 iyul, Fineko/abc.az. 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları Türkiyədə 339 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 56 obyekt azdır.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Bildirilib ki, bu ilin iyun ayında Azərbaycan vətəndaşları Türkiyədə 51 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 8 obyekt azdır.
Qeyd edək ki, 2024-cü ilin iyun ayında Türkiyədə 79 min 313 mənzil satın alınıb ki, bu da 2023-cü ilin iyun ayı ilə müqayisədə 5,2 faiz azdır.
Məlumata görə, 2024-cü ilin yanvar - iyun aylarında Türkiyədə 545 min 74 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz azdır.
2024-cü ilin iyun ayında Türkiyədə xarici vətəndaşlara 1 440 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 45,1 faiz azdır.
Bu ilin yanvar - iyun aylarında əcnəbi vətəndaşlar Türkiyədən 10 min 461 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 45,7 faiz azdır. (Trend)