AZAL Füzuliyə uçuşlara başlayır - Qİymət 78 manatdır

16:51 - 17.07.2024


17 iyul, Fineko/abc.az. İyulun 17-dən “Azərbaycan Hava Yolları” QSC Bakıdan Füzuliyə müntəzəm reyslərin həyata keçirilməsinə başlayır.

AZAL-dan ABC.AZ-a daxil olan məlumata əsasən, uçuşlar çərşənbə və şənbə günləri Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2-dən həyata keçiriləcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən biletlərin qiyməti bir tərəfə 78 manat təyin edilib. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir.