Altı ayda ARDNF valyuta vəsaitlərinin idarə olunmasından bu qədər pul qazanıb

14:26 - 17.07.2024


17 iyul, Fineko/abc.az. 2024-cü ilin yanvar-iyun ayları ərzində Dövlət Neft Fondu (ARDNF) valyuta vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri 2 818.4 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, hesabat dövrü ərzində ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 6 390.5 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

2024-cü ilin yanvar-iyun aylarında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 5.2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 7.1 milyon manat yönəldilmişdir.

Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 11.6 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 441.5 milyon manat təşkil edib.