11:47 - 17.07.2024
17 iyul, Fineko/abc.az. Rusiya, Azərbaycan və İranın birgə həyata keçirdiyi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində bir sıra işlər görüləcək.
ABC.AZ xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.
“Dəmir yolunun tutumu artırılacaq, nəqliyyat və logistika marşrutları genişləndiriləcək ki, bu da cənub tərəfdaşlarımızla qarşılıqlı fəaliyyətə təsir göstərəcək”, - o vurğulayıb.
A.Novak bildirib ki, layihə çərçivəsində iranlı tərəfdaşlarla bu ölkənin Astara və Rəşt şəhərləri arasında uzunluğu 162 km olan dəmir yolunun çatışmayan hissəsinin tamamlanması barədə razılıq əldə olunub: “Bu, Baltikdən Fars körfəzinə qədər vahid nəqliyyat dəhlizini maneəsiz birləşdirəcək qlobal layihədir”.
Xatırladaq ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında saziş Rusiya, İran və Hindistan hökumətləri arasında 12 sentyabr 2000-ci il tarixində imzalanıb. Azərbaycan bu sazişə 20 sentyabr 2005-ci il tarixli Qanun əsasında qoşulub.
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026