Dubayda dünyada 3D çap üsulu ilə istehsal olunan ilk elektrik abra sınaqdan keçirilib

11:18 - 17.07.2024


17 iyul, Fineko/abc.az. Dubay yol və nəqliyyat idarəsi 3D çap texnologiyasından istifadə edərək dünyanın ilk elektrik abranı (Abra) sınaqdan keçirir. 

ABC.AZ xəbər verir ki, qayıqda 20 sərnişin yerləşir, dizaynı isə ənənəvi ərəb gəmisinə xasdır.

Abra, “Al Seef Marine” şirkəti tərəfindən Abu Dabidə Yaponiyanın “Mitsubishi” və Almaniyanın “Siemens” şirkəti ilə əməkdaşlıqda istehsal olunur. Konstruksiyanın uzunluğu 11 m, eni 3,1 m, qayıq iki elektrik mühərriki ilə təchiz edilib.
Layihə yerli hakimiyyət orqanlarının dəniz nəqliyyatında ekoloji təmizliyi təmin etmək məqsədlərinə uyğundur. 3D çap texnologiyası sayəsində gəminin istehsal müddəti 90%, istismar və texniki xidmət xərcləri 30% azalacaq.