IATA One Order sistemi üzrə yeni iş standartına keçidi müzakirə edib

11:26 - 16.07.2024


16 iyul, Fineko/abc.az. Cenevrədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Corporate Value Chain Forum keçirilib, burada dünyanın aparıcı aviaşirkətlərinin nümayəndələri, TMC və Sənaye İT məhsullarının tədarükçüləri aviasiyanın inkişafının strateji məsələlərini müzakirə ediblər.

ABC.AZ xəbər verir ki, IATA-nın məlumatına görə, qlobal sərnişin axını pandemiyadan əvvəlki səviyyəyə çatıb və 2024-cü ilin sonuna 2019-cu illə müqayisədə 9.8% artacaq.

Asiya-Sakit okean region turist axınının artmasında lider olub. Belə ki, səyyahların kəmiyyət artımı 2023-cü illə müqayisədə 17,2% təşkil edir. İkinci yerdə Şimali Amerikadır (+9,2%). Forum proqramında xüsusi diqqət, istifadəçi və sərnişin təcrübəsinin formalaşmasına yeni müştəri yönümlü yanaşma təklif edən aviasiya kontentinin paylanmasının dəyişdirilməsinə yönəldilmişdir.

IATA nəzdindəki GTEC (Global Travel Executive Council) Komitəsinin ekspertləri NDC layihəsinin növbəti mərhələsini — One Order sistemi üzrə yeni iş standartına keçidi müzakirə ediblər.

Bir sifarişə uyğun olaraq, uçuş bron edərkən, hazırda bir neçə fərqli sənəddə qeyd olunan bütün əlavə xidmətlər və servis vahid bir qeyddə təsbit edilir.