15:46 - 15.07.2024
15 iyul, Fineko/abc.az. Paris hava limanları İşçiləri Həmkarlar İttifaqları, Olimpiya Oyunları ərəfəsində 17 iyulda tətil xəbərdarlığı edib.
ABC.AZ xəbər verir ki, işçilər iş vaxtından artıq iş üçün premiyalar, həmçinin Olimpiada zamanı əlavə 1 min işçinin işə götürülməsi tələb olunur. Tətil paytaxtın Charles de Gaulle, Orly və Beauvais hava limanlarını əhatə edəcək.
Qeyd olunur ki, tətillər yüksək səviyyəli xarici qonaqların, o cümlədən 120 dövlət və hökumət başçısının, eləcə də milyonlarla turistin qəbulunu ciddi şəkildə çətinləşdirə bilər.
Force ouvriere Həmkarlar İttifaqı vurğulayır ki, hava limanı işçiləri "aşağı maaşa ağır iş" görürlər.
Fransanın "Ümumi Əmək Konfederasiyası"nın aparıcı Peşə Mərkəzinin rəhbəri Sofi Bine bildirib ki, Fransa prezidenti Emmanuel Makron parlament seçkilərində birinci yeri tutan solçu "Yeni Xalq Cəbhəsi" nin nümayəndəsini Baş nazir vəzifəsinə təyin etməsə, Paris Olimpiadası zamanı tətillərin keçirilməsini istisna etmir.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026