“Apple Vision Pro”nun satışları gözləntiləri doğrultmayıb

17:14 - 12.07.2024


12 iyul, Fineko/abc.az. “Apple Vision Pro”nun satışları gözləntiləri doğrultmayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “Apple”ın ilk qarışıq reallıq qulaqcığı ABŞ-da satışa çıxarıldıqdan sonra satışlar gözlənilən formada olmayıb.

Belə ki, satışların ümumi sayı cari ilin ilk rübündə 100 min ədədi keçə bilməyib.

Analitiklər hesab edir ki, “Apple” qarışıq reallıq eynəklərinin bu rübdə Amerikada 75% ucuzlaşacağı gözlənilir.

Lakin “Vision Pro” bu ay Amerikadan kənar bir neçə ölkədə satışa çıxarıldığı üçün “Apple” bu azalmanı kompensasiya edəcək.

Qeyd edək ki, “Apple Vision Pro” iyulun 12-də Böyük Britaniya, Kanada, Avstraliya, Fransa və Almaniyada satışa çıxarılacaq.