Çinin Sian şəhərindən Bakıya Orta Dəhlizlə gündə bir dəfə qatar gəlir

12:30 - 4.07.2024


4 iyul, Fineko/abc.az. Bu aydan başlayaraq Çinin Sian şəhərindən Bakıya Orta Dəhlizlə gündə bir dəfə konteyner blok qatarı göndərilir.

ABC.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) məlumatında bildirilir.

Məlumata görə, məişət malları, avtomobil və ehtiyat hissələri ilə yüklənmiş ilk qatarın Qazaxıstan və Xəzər dənizindən keçməklə təqribən 8-12 günə Bakıya çatacağı gözlənilir.

Siandan daşımalar bu il yanvarın 1-dən başlanılıb. Orta Dəhlizin potensialının genişləndirilməsi istiqamətində aparılan davamlı və səmərəli fəaliyyət nəticəsində iyulun 1-dən bu daşımalar gündəlik həyata keçirilir.

Çindən məişət əşyaları, avtomobillər və ehtiyat hissələri ilə dəhliz vasitəsilə daşınır və ümumi səyahət müddəti təxminən 12 gündür.