Mobil internetin ən sürətli olduğu ölkələr - Siyahı

17:09 - 25.06.2024


25 iyun, Fineko/abc.az. Bağlantı məlumatlarının sürəti və gecikmə kimi internetə çıxış performansının ölçülmələrini təhlil edən bir veb xidməti olan “Ookla” tərəfindən “Speedtest” olaraq da tanınan “Speedtest.net” kəmiyyət məlumatlarına əsaslanaraq ən sürətli sabit və mobil internetdən istifadə edən ölkələri açıqlayıb.

ABC.AZ xəbər verir ki, dərc edilmiş hesabatda ölkələr üzrə qlobal internet sürətinin orta qoşulma sürəti məlum olub.

Ən sürətli mobil interneti olan ölkələri təqdim edirik:

Qətər: 329,37 Mbit/s

Birləşmiş Ərəb Əmirlikləri: 309,77 Mbps

Küveyt: 233,78 Mbit/s

Danimarka: 147,33 Mbit/s

Norveç: 142,23 Mbit/s

Cənubi Koreya: 139,98 Mbit/s

İslandiya: 139,01 Mbit/s

Çin: 133,57 Mbps

Niderland: 120,25 Mbit/s

Makao: 118,91 Mbit/s