Son bir ildə dəmiryolu işçilərinin sayı 613 nəfər azalıb

10:34 - 25.06.2024


25 iyun, Fineko/abc.az. Bu ilin ilk rübündə dəmiryolu işçilərinin sayında illik müqayisədə azalma müşahidə olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin yanvar-mart aylarında Azərbaycanda bu sahədə çalışan işçilərin sayı 3 min 992 nəfər olub.

2023-cü ilin yanvar-mart ayları müqayisədə işçilərin sayında 613 nəfər və ya 13,3% azalma baş verib.

Bildirək ki, ötən ilin ilk rübündə dəmiryolu işçilərinin sayı 4 min 605 nəfər idi.