16:28 - 21.06.2024
21 iyun, Fineko/abc.az. 2024-cü ilin yanvar-may aylarında Azərbaycandan xarici ölkələrə 16,2 milyon dollar dəyərində 267,6 min ton sement ixrac olunub.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 572,7 min dollar və ya 3,7% artıb , miqdar ifadəsilə 14,4 ton və ya 5,1% aşağı düşüb. 2023-cü ilin ilk 5 ayında isə Azərbaycandan 15,7 milyon dollar dəyərində 282 min ton sement ixrac olunmuşdu.
1 ton sementin orta ixrac qiyməti 2024-cü ilin beş ayında 103 manata başa gəlib ki, bu da illik müqayisədə 9 manat (9,2%) bahalaşma deməkdir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026