18:28 - 12.06.2024
11 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə AccessBank QSC-nin buraxılış həcmi 2,500,000 (iki milyon beş yüz min) ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
AccessBank QSC -nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə 14 Iyun 2024-cü il tarixində həyata keçiriləcək.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "ACCESSBANK” QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2006004280
İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu: Rəqabətli hərrac
İstiqrazın sayı: 2500 (ədəd)
İlkin ticarət qiyməti: 1,000 ABŞ dolları
Buraxılış həcmi: 2,500,000 ABŞ dolları
İllik gəlirlilik faizi: 6%
Ödəmə Periodu: Hər 3 ayda bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə)
Tədavül müddəti: 18 ay
Ticarətə buraxılma tarixi: 14.06.2024
Anderrayter: “Unicapital İ.Ş” ASC
7 Sentyabr 2026
7 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026